Komplayens və anderraytinq üzrə kiçik mütəxəssis
MJ Financial Services BOKT Müddət: 2024-12-07 - 2025-01-07
Baxış sayı: 197 Vakansiya № 1012531
Şəhər:

Bakı


İşin təsviri:

  • Kredit müraciətlərini analiz etmək və cavablandırmaq;
  • Müştərilərin kreditləşdirilməsinin limitlərini hesablamaq;
  • Kredit təlimatlarını mükəmməl bilmək;
  • Sənədləri aidiyyatı şöbələrə təhvil-təslim etmək;
  • Şöbəyə aid sənədləri tərtib edib arxivləşdirmək;
  • Kredit riskləri ilə bağlı sorğuları cavablandırmaq;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

    Tələblər:

     
  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Daxili Audit, Komplayens və Anderraytinq, Daxili Nəzarət sahəsində 1 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür / Müvafiq sahə üzrə ən az 6 ay təcrübə tələb olunur.
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür;
  • Komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək.

    İş barədə məlumat:

     
  • Əmək haqqı: NETT 400-500 AZN+bonus
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10.00-18.00, VI-cı gün 10:00-16:00

    CV-lərinizi “Komplayens və Anderraytinq üzrə Kiçik Mütəxəssis” və ya Komplayens və Anderraytinq üzrə Mütəxəssis” başlığı altında hr@mjfinance.az ünvanına göndərməyiniz xahiş olunur.