
Bakı
İşin təsviri:
Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi, sənədlərin yığılması və işlərin aparılması;
Komplayns məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
Ölkədaxili və ölkəxarici bank sorğularının və əlaqəli digər departamentlərdən daxil olmuş Komplayns tələbləri ilə bağlı sorğuların cavablandırılması;
Bankdaxili strukturların və onların fəaliyyətinin komplayens baxımından monitorinqinin aparılması;
Bankda mövcud proseslərin icrasının yoxlanılması və bankdaxili tələblərin pozulmadığını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
Bank xarici hesabatların hazırlanması;
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması və s.
Tələblər:
Ali iqtisadi, ali hüquqi və ya və ya digər uyğun sahədə ali təhsili;
Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində biliklər;
Analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik;
Banklarda müvafiq sahədə iş təcrübəsi;
Bank Qanunvericiliyinə dair ümumi biliklər;
MS Office proqramlarında işləmək biliyi;
Lisenziya / Sertifikat: Komplayns, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
SQL bilikləri;
Xarici dillər: İngilis (işlək), rus (işlək)
Vətəndaş qüsursuzluğu;
Kollektivdə işləmək qabiliyyəti;
Ünsiyyət qurma bacarığı;
Verilən tapşırıqları vaxtında və səhvsiz icra etmək;
Lazımi dərəcədə məsuliyyət;
Monitorinq və nəzarət etmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Komplayns şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi / baş mütəxssisi) göstərməyiniz xahiş olunur.
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Peşəkar komplayens işçisi | İnternational Consulting Company | 2025-04-23 - 2025-05-02 |