Kontent üzrə qrup rəhbəri
Kontakt Home Müddət: 2025-04-18 - 2025-05-18
Baxış sayı: 196 Vakansiya № 1013708
Şəhər:

Bakı


İşin təsviri:

  • Kontent şöbəsinin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
  • Tapşırıqların verilməsi, icra müddətinə və keyfiyyətə nəzarət;
  • Kontent standartlarının və qaydalarının hazırlanması və tətbiqi;
  • İşin əməkdaşlar arasında düzgün şəkildə bölüşdürülməsi;
  • İş proseslərinin optimallaşdırılması və rutin tapşırıqların avtomatlaşdırılması;
  • Aylıq hesabatlar üzrə əməkdaşların fəaliyyətinə nəzarət və qiymətləndirmə;
  • Yeni gələn əməkdaşların təliminin təşkili;
  • Marketinq, dizayn, SEO və kommersiya komandaları ilə sıx əməkdaşlıq.

Tələblər:

Dil bilikləri:

  • Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.

Proqramlar və alətlər üzrə biliklər:

  • CMS sistemləri: Magento, ERP Micro və ya digər platformalarda iş təcrübəsi;
  • Qrafik redaktorlar: Adobe Photoshop, Adobe Illustrator, Canva – şəkil redaktəsi üzrə baza biliklər;
  • Məlumat və tapşırıq idarəetmə: Microsoft Excel və ya Google Sheets (böyük həcmli məlumatlarla, məsələn, qiymət siyahıları ilə işləmə bacarığı), Asana, Jira və Trello kimi tapşırıq izləmə proqramlarında təcrübə.

Şəxsi keyfiyyətlər:

  • Özünüidarə və çoxşaxəli işlərdə uğurla çalışma bacarığı;
  • Son tarixlərə ciddi riayət;
  • Diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Liderlik qabiliyyəti: komandanı motivasiya etmək və iş ritmini qorumaq bacarığı;
  • Komanda ilə effektiv əməkdaşlıq və güclü ünsiyyət bacarığı;
  • Yeni alət və texnologiyaları öyrənməyə həvəsli olmaq.
     
  • Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-kontent-uzre-qrup-rehberi-78323/apply

Bu şirkətin digər vakansiyaları