Kontent yaradıcısı və copywriter
ABV
Müddət: 2025-01-17 - 2025-02-18

Baxış sayı: 203
Vakansiya № 1012922
Şəhər:
Bakı
İşin təsviri:
- Sosial media, bloglar, veb sayt və e-poçt marketinqi üçün yüksək keyfiyyətli və kreativ kontent hazırlamaq.
- Sayt kontenti, banner mətnləri, sosial media postları və digər marketinq materialları üçün yazılar yazmaq.
- Kreativ ideyalar və rubrikalar yaratmaq (məsələn, həftəlik mövzu seriyaları, video formatlı kontent və s.).
- Video formatında kontent senariləri yazmaq və lazım olduqda kamera qarşısında təqdimatlar etmək.
- Brendin tonuna uyğun yazılar və kontentlər hazırlamaq.
- SEO uyğun kontent hazırlamaq, açar sözlər üzrə optimizasiya aparmaq.
- Komanda ilə işləyərək strategiya və kampaniyalar üçün yaradıcı həllər təklif etmək.
Tələblər:
- Marketinq, Jurnalistika, Filologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Kontent yazılışı, copywriting və ya marketinq sahəsində minimum 2-3 il təcrübə.
- SEO prinsiplərini və açar söz analizi prosesini bilmək.
- Kreativ düşünmə bacarığı.
- Yüksək araşdırma bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarığı (kamera qarşısında rahat danışmaq üstünlükdür).
- Vaxt idarəetmə və çoxlu tapşırıqları eyni vaxtda yerinə yetirmək bacarığı.
- Komandada işləmə bacarığı və əməkdaşlığa açıq olmaq.
Üstünlük verilən bacarıqlar:
- Foto və video çəkilişində iştirak etmək və ya montaj təcrübəsinə sahib olmaq.
- Azərbaycan dili ilə yanaşı İngilis və ya Rus dillərində yazı bacarığı.
Əmək haqqı razılaşma əsasında təyin olunacaq,iş qrafiki həftə içi 5 gün
Maraqlanan namizədlər CV-lərini cv@abv.az elektron ünvanına "Kontent yaradıcısı və copywriter" başlığını qeyd edərək göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Marketinq meneceri | AzeriMed | 2025-01-15 - 2025-02-16 |
Bu şirkətin digər vakansiyaları