Korporativ hüquq şöbəsinin rəisi / Rəis müavini
Rabitəbank Müddət: 2024-12-19 - 2025-01-23
Baxış sayı: 217 Vakansiya № 1012649
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Bankın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
  • Bankın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair rəylərin verilməsini təmin etmək;
  • Rəhbərliyin göstərişi əsasında Bankın hüquqi işlərinə aid bütün növ sənədlərin hazırlanması və onların mütəmadi yoxlanılması və yazılmasını təmin etmək;
  • Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardımın göstərilməsi, iddia materiallarının hazırlanması, məhkəmə orqanlarına təqdim edilməsinə təşkil edilməsində hüquqi dəstək vermək;

Tələblər:

  • Ali hüquqi (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
  • Hüquq sahəsində iş stajı azı 4 il; 
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dilini bilən şəxslərə üstünlük verilir;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
  • Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/rabitabank/rabitabank-korporativ-huquq-sobesinin-reisi-reis-muavini/apply

Bu kateqoriyada təlim və seminarlar