Korporativ hüquqşünas
MJ Financial Services BOKT Müddət: 2024-07-08 - 2024-08-08
Baxış sayı: 476 Vakansiya № 1012266
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • • Təşkilat daxili müqavilələri (kredit, əməkdaşlıq və digər) hazırlayır, onların reyestrini həyata keçirir və daim təkmilləşdirilməsini həyata keçirir;
  • • Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
  • • Vəzifələrin icrası ilə bağlı təşkilata daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin edir;
  • • Təşkilatın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirir və viza verir;
  • • Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsasını yoxlayaraq ümumi nəzarəti həyata keçirir;
  • • Bütün struktur bölmələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasını həyata keçirir;
  • • Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin edir;
  • • Dövlət orqanlarına tələb olunan sənədlərin təqdim edilməsini həyata keçirir (sənədlərin yoxlanması, tərtib və təhvili);
  • • Əməkdaşlara dövlət və icra orqanlarında, notariuslarda təşkilatın təmsil edilməsi ilə bağlı etibarnamələrin hazırlanması və verilməsini həyata keçirir;
  • • Məhkəmədə iddia qaldırılması məqsədilə zəruri iş materiallarını toplayır, onların təhlilini aparır və məhkəməyə təqdim edir;
  • • Məhkəmənin qətnaməsi və digər qərarları ilə razılaşmadıqda apellyasiya şikayətlərini hazırlayır və müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsini təşkil edir.
  • • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır.

Tələblər:

  • • Müvafiq sahə üzrə ali təhsil
  • • 1-3 il korporativ təcrübə
  • • Məsuliyyətlilik, ünsiyyət qurmaq bacarığı, etibarlılıq
  • • Detallara fikir vermək qabiliyyəti
  • • Azərbaycan dilini mükəmməl bilmək (Rus dili və İngilis dilini bilmək üstünlükdür)
  • • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)

İş barədə məlumat:

  • • Əmək haqqı: NETT 1200-2000 AZN (namizədə görə dəyişir)
  • • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Korporativ hüquqşünas” başlığı altında hr@mjfinance.az ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır