Korporativ hüquqşünas (kiçik mütəxəssis-hüquqşünas, mütəxəssis-hüquqşünas, aparıcı mütəxəssis-hüquqşünas)
Bank BTB Müddət: 2025-03-04 - 2025-04-04
Baxış sayı: 273 Vakansiya № 1013355
Şəhər:

Bakı


İşin təsviri:

  • Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
  • Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
  • Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
  • Bank tərəfindən bağlanılan müqavilələrə rəy verir;
  • Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
  • Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
  • Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
  • Bankın fəaliyyətində qanunvericiliyin təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
  • Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
  • Müştərilərlə əlaqədə olan əməkdaşlara, o cümlədən “Çağrı mərkəzi” əməkdaşlarına və digər əməkdaşlara müştərilərlə davranış və digər mövzularda məsləhətlər verir;
  • Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
  • Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün araşdırmalar aparır;
  • Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
  • Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır;
  • Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətləri və departament direktoru, şöbə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə  yetirir.

Tələblər:

  • Ali təhsil (Hüquq təhsili);
  • Bank Qanunvericiliyinə dair biliklər;
  • Ünsiyyət qurma bacarığı;
  • MS Office proqramlarında işləmək biliyi;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Korporativ hüquqşünas (kiçik mütəxəssis-hüquqşünas, mütəxəssis-hüquqşünas, aparıcı mütəxəssis-hüquqşünas)  göstərməyiniz xahiş olunur.


Bu kateqoriyada təlim və seminarlar