Korporativ katib
Unibank Kommersiya Bankı
Müddət: 2025-01-30 - 2025-02-16

Baxış sayı: 156
Vakansiya № 1013051
Şəhər:
Bakı
İşin təsviri:
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək;
- Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
- Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək;
- Müşahidə Şurasının sədri ilə birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək;
- Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək.
Tələblər:
- Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil (hüquq sahəsinə üstünlük verilir);
- Maliyyə / bankçılıq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dili — ən azı orta səviyyədə;
- Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi);
- Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış;
- Məsuliyyətlilik və işdə dəqiqlik.
Müraciət üçün link: https://jobs.glorri.com/corporate/vacancies/unibank/unibank-korporativ-katib/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları