Korporativ katib
AccessBank Müddət: 2025-04-07 - 2025-05-07
Baxış sayı: 216 Vakansiya № 1013608
Şəhər:

Bakı


İşin təsviri:

Müşahidə Şurası və digər idarəetmə orqanlarının işinin dəstəklənməsi:

  • Müşahidə Şurası və komitələrin iclaslarının təşkili və idarə olunması, o cümlədən iclasların planlaşdırılması, gündəliyin hazırlanması və materialların paylanması.
  • Müşahidə Şurasının və onun komitələrinin səmərəli fəaliyyətinə dəstək göstərmək; korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək və bankın korporativ idarəetmə strukturunu gücləndirmək üçün tədbirlər müəyyən etmək;

Sənədlərin idarə olunması:

  • İclas protokolları, reyestrlər və normativ sənədlər də daxil olmaqla, bankın korporativ sənədlərinin dəqiq və aktual şəkildə saxlanılması.

Normativ tələblərə riayət edilməsi:

  • Bankın Mərkəzi Bankın korporativ idarəetmə standartlarına və digər müvafiq normativ tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək.

Kommunikasiya əlaqələndirilməsi:

  • Müşahidə Şurası, komitələr və İdarə Heyəti ilə kənar tərəflər, o cümlədən tənzimləyici qurumlar və səhmdarlar arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək.

Tələblər:

  • Hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
  • Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dili biliyi
  • Korporativ idarəetmə standartlarına dair dərin bilik;
  • Təşkilati və analitik düşüncə qabiliyyəti;
  • Ünsiyyət bacarıqları və kollektivdə effektiv işləmə qabiliyyəti;
  • Məlumatların obyektiv və müstəqil təhlili üzrə bacarıqlar.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/accessbank/accessbank-korporativ-katib-81028/apply