Korporativ, kommersiya və KOS kredit anderraytinq şöbəsi /mütəxəssis/ aparıcı mütəxəssis
Yapı Kredi Bank Azərbaycan
Müddət: 2025-04-17 - 2025-05-17

Baxış sayı: 162
Vakansiya № 1013695
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın filialları tərəfindən təqdim olunan kredit təkliflərini qiymətləndirmək və kredit təkliflərinin qanunverciliyə və bankın kredit siyasətinə uyğunluğunu yoxlamaq ;
- Bankın bankdaxili qaydalarına uyğun olaraq borcalanın geri-ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətini təhlil etmək, borcalan haqqında və fəaliyyət göstərdiyi sektor haqqında tədqiqat aparmaq, kredit risklərini müəyyənləşdirmək ;
- Qiymətləndirmənin nəticələrini rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında iştirak etmək;
- Kredit təkliflərinə verilən kredit rəylərini filial rəhbərlərinə zamanında çatdırlmasını təmin etmək;
- Ehtiyac yaranarsa, rəhbəri ilə birlikdə filial/satış bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
- Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
- PL/TMM (AML) və maliyyə sanksiyaları (FS) üzrə bankın qəbul etdiyi müvafiq qaydalara riayət etmək.
Tələblər:
- Maliyyə və əlaqəli sahələrdə ali təhsil;
- Güclü analitik, problem həll etmə və ünsiyyət qurma bacarığı;
- Kredit anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Ms Office proqram bilikləri;
- Xarici dil (Ingilis dili, Türk dili) biliyi arzu olunandır;
- CFA/ACCA kimi sertifikatın mövcudluğu arzu olunandır.
Necə müraciət etməli?
CV-nizi hr@yapikredi.com.az email-in mövzu hissəsində “Korporativ, kommersiya və KOS mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Anderraytinq və monitorinq üzrə mütəxəssislərin hazırlığı | İnternational Consulting Company | 2025-03-18 - 2025-05-20 |
Bu şirkətin digər vakansiyaları