Korporativ maliyyələşmə şöbəsinin mütəxəssisi
AzərTürkBank
Müddət: 2024-10-16 - 2024-11-25

Baxış sayı: 460
Vakansiya № 1012412
Şəhər:
Bakı
Korporativ Bankçılıq Departamentinin Korporativ maliyyələşmə şöbəsində mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis
İşin təsviri
- Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak v.s);
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişləri müvafiq qaydada ilkin emalının aparılması;
- Verilmiş kreditlərin düzgün sənədləşdirilməsinə, təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə (ingilis dili biliyi arzu olunandır);
- Bank sahəsində kredit satışı üzrə minimum 2 il iş təcrübəsi;
- Bank sahəsində korporativ satış üzrə iş təcrübəsi və müştəri bazasına malik olmaq arzuolunandır;
- MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;
- Bank qanunvericiliyi üzrə bilikləri;
- Analitik təhlil etmə qabiliyyəti, detallara qarşı diqqətlilik;
- Stressə davamlılıq, kollektivlə işləmək bacarığı.
Müraciət üçün link: https://qlor.me/m2bmmv4h58
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları