Korporativ və KOS məhsulları sahəsinə müştəri təcrübələri üzrə mütəxəssis
ABB Bank
Müddət: 2025-03-17 - 2025-04-17

Baxış sayı: 276
Vakansiya № 1013468
Şəhər:
Bakı
İşin təsviri:
- Rəqabətə davamlı məhsulların yaradılması üçün komanda daxilində yeni tendensiya və imkanlarla bağlı aydın baxışın müəyyən edilməsi;
- Komanda daxilində qarşılıqlı əlaqə və bilik mübadiləsi prosesinin qurulması;
- İstiqamətə aid olan risklərin müəyyən edilməsi və eskalasiya olunması;
- Komanda üzvlərinin bacarıq boşluqlarının müəyyən edilməsi;
- Komanda daxilində peşəkar standartlar və iş metodologiyasının müəyyən edilməsi;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqinin təmin olunması;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılmalıdır.
Tələblər:
- Ali təhsilə;
- Pərakəndə bankçılıq istiqamətində minimum 5 il iş təcrübəsinə;
- Yüksək səviyyədə MS Excel biliklərinə;
- Orta səviyyədə SQL, Qliksense biliklərinə (Python - arzu olunandır);
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
- Lider ruhuna;
- İnnovativ yanaşmaya, motivasiya və kouçluq qabiliyyətinə;
- Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Müraciət üçün link: https://careers.abb-bank.az/cabinet/auth/login
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları