Kredit risklərinin idarəedilməsi şöbəsi, Menecer
Yelo Bank Müddət: 2025-04-29 - 2025-05-29
Baxış sayı: 205 Vakansiya № 1013785
Şəhər:

Bakı


İşin təsviri:

  • Bank tərəfindən qəbul edilən risklərin müstəqil qiymətləndirilməsi və təhlilin aparılması, müvafiq bölmələrin əməkdaşlarının əsas bank məhsullarının reallaşdırılmasında risklər sahəsində metodik prinsiplərinə riayət edilməsinə nəzarət;
  • Bankda risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
  • ARMB-nın tələblərinə, habelə beynəlxalq standartlara uyğun olaraq Bankın kredit portfeli üzrə ehtiyatların idarəetmə sisteminin müşayiəti, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
  • Kredit limitlərinə nəzarət;
  • Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azalması məqsədilə tədbirlər planının hazırlanması;
  • Risklərin təhlili metodologiyasının hazırlanması, risklərin idarəetmə üsullarının tətbiqi;
  • Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
  • Risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması, risklərin idarəetmə strategiyasının işlənməsində iştirak;
  • Bankda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təhkim olunmuş məhsullar üzrə portfelin keyfiyyətinə detallı nəzarətin həyata keçirilməsi, keyfiyyətin artırılması məqsədilə məhsul şərtlərinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi.

Tələblər:

Təhsil və Sertifikatlar

  • Maliyyə, İqtisadiyyat, Bank işi, Biznesin idarə olunması və ya Mühasibatlıq üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür)
  • FRM (Financial Risk Manager) və ya CFA (Chartered Financial Analyst) kimi peşəkar sertifikatlara sahib olmaq üstünlükdür

Təcrübə

  • Kredit risklərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Bank sektoru, kredit portfeli təhlili və risk modelləşdirilməsi üzrə praktiki təcrübə
  • Mürəkkəb kredit sənədləri, müqavilələr və risk qiymətləndirmə prosesləri ilə tanışlıq

Bilik və Bacarıqlar

  • IFRS 9, Basel III və risk ölçmə modelləri (PD, LGD, EAD) haqqında praktiki bilik
  • Kredit portfeli analizi, stress-testlərin aparılması və qeyri-işlək kreditlərin (NPL) idarə olunması sahəsində təcrübə
  • Skorinq modelləri, reytinq sistemləri və ECL (Gözlənilən Kredit Zərəri) hesablamasında təcrübə
  • Bankın risk iştahası və risk siyasətlərinin hazırlanmasında iştirak bacarığı

Texniki Bacarıqlar

  • Excel proqramında (pivot cədvəllər, makrolar) yüksək səviyyəli biliklər, Power BI və digər analitik alətlərdə işləmə bacarığı
  • Risk modelləşdirilməsi üçün R, Python və ya SAS proqramlarında bilik üstünlükdür

Şəxsi Keyfiyyətlər

  • Güclü analitik düşüncə və qərarvermə bacarığı
  • Yüksək məsuliyyət hissi və diqqətlilik
  • Komanda daxilində işləmək və rəhbərlik etmək bacarığı
  • Tənqidi düşünmə və riskləri vaxtında aşkarlamaq bacarığı
  • Senior idarə heyəti üçün effektiv hesabat yazmaq və təqdimat etmək bacarığı

Əlavə Tələblər

  • Yerli və beynəlxalq tənzimləyici tələbləri bilmək (Azərbaycan Mərkəzi Bankı, Basel Komitəsi və s.).

Müraciət et