Kredit üzrə arxa ofis kiçik mütəxəssisi/mütəxəssisi (Əhmədli filialı)
Bank Respublika
Müddət: 2025-01-11 - 2025-02-15

Baxış sayı: 208
Vakansiya № 1012857
Şəhər:
Bakı
İşin təsviri:
- Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
- Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
- Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dili əla (yazılı və şifahi);
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/bankrespublika/bankrespublika-kredit-uzre-arxa-ofis-kicik-mutexessisimutexessisi-ehmedli-filiali-2690/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları