Kredit və bazar riskləri şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis
Rabitəbank
Müddət: 2025-05-15 - 2025-06-15

Baxış sayı: 211
Vakansiya № 1013899
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.);
- Stress-test hazırlanmasında iştirak etmək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
- ESG (Ətraf mühit, Sosial və İdarəetmə) risklərinin müəyyən olunması, qiymətləndirilməsi və monitorinqini həyata keçirmək;
- ESG riskləri üzrə daxili siyasət, prosedur və yanaşmaların hazırlanmasında iştirak etmək;
- İqlim dəyişikliyi, insan hüquqları, sosial məsuliyyət və korporativ idarəetmə sahəsindəki riskləri təhlil etmək və hesabatlara daxil etmək;
- ESG risklərinin təşkilatın ümumi risk idarəetmə çərçivəsinə inteqrasiyasını təmin etmək;
- Tənzimləyici qurumlar və investorların ESG ilə bağlı tələblərini izləmək və uyğunluğun təmin olunmasında iştirak etmək;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və ya Rus dili);
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları