Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri
Expressbank Müddət: 2025-04-12 - 2025-05-12
Baxış sayı: 149 Vakansiya № 1013648
Şəhər:

Bakı


İşin təsviri:

  • Əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrini təmin etmək və ona nəzarəti həyata keçirmək ;
  • Şöbənin fəaliyyətini planlaşdırmaq, onun qısa və uzunmüddətli prioritetləri üzrə təkliflər vermək ;
  • Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təşkil etmək ;
  • Biznes kreditlərinə verilmiş anderraytinq rəylərinin qanunvericiliyə və Bankın Kredit siyasətinə uyğunluğunu təmin etmək ;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini təşkil etmək ;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini təşkil etmək ;
  •  Biznes kredit məhsullarının anderraytinqi üzrə avtomatlaşdırılmış bank informasiya sistemində uçot və hesabatlığın yaradılması və təkminləşdirilməsi üçün təkliflər vermək.

Tələblər:

  • Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas) ;
  • Biznes kreditlərinin təhlili və analoji sahədə ən azı 5 il iş təcrübəsi ;
  • CFA və ACCA sertifikatlarının olması arzuolunandır ;
  • Eİqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları ;
  • İdarəetmə və liderlik bacarıqları ;
  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti ;
  • Məsuliyyətlilik və dəqiqlik ;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-kreditlerin-anderraytinqi-sobesi-sobe-mudiri-8929/apply