Kreditlərin bərpası üzrə kiçik mütəxəssis
Paşa Bank Müddət: 2025-01-28 - 2025-03-02
Baxış sayı: 312 Vakansiya № 1013040
Şəhər:

Bakı


İşin təsviri:

  • Problemli kreditlərlə iş üzrə hazırlanmış metodologiya və prosedurlara əsasən işin icrası;
  • Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (KİB, KOS və Özəl Bankçılıq üzrə)
  • Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi ;
  • Kreditlərin restrukturizasiyası və bərpası (biznes anlayışı, maliyyə nəzarəti və s.) 
  • Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;
  • Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə) 
  • Müştərilərin davranışlarına nəzarət və onların təhlili;
  • Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi;
  • Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;
  • Məhkəmədən kənar təminatların satışının icrası;
  • Bizneslərin (istehsalat sahələrinin) satılması istiqamətində potensial investorların müəyyən edilməsi;
  • İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və bərpa strategiyasının təxmini olaraq müzakirəsi;
  • Şöbənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.)
  • Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.

Tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • Tələb olunan iş təcrübəsi: Kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi 
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-kreditlerin-berpasi-uzre-kicik-mutexessis-3337/apply