
Bakı
İşin təsviri:
Planlaşdırılmış işlərin vaxtında başa çatdırılması üçün səylərin göstərilməsi;
Layihənin gedişatına, onun hərtərəfli təhlilinə və risklərin minimallaşdırılmasına dair tədbirlərə nəzarət edilməsi;
Layihənin həyata keçirilməsi üçün tələb olunan bütün resursların ümumi məbləğlərinin və xərclərinin müəyyən edilməsi, onların ən səmərəli şəkildə bölüşdürülməsi
Məqsədlərə nail olmaq üçün ən optimal və müasir metodologiyanın müəyyən edilməsi;
İş planının və işin həyata keçirilməsi üzrə təqvim planının hazırlanmasında iştirak edilməsi və əsas sənədlərlə bağlı müştəri ilə koordinasiyasının aparılması;
Lazım olan məlumatların layihə iştirakçılarına vaxtında ötürülməsi;
Müştərilərin maraqlarına uyğun müzakirələrin aparılması, tərəfdaşlarla münasibətlərdə onların maraqlarının müdafiə edilməsi;
Layihəni təhdid edən risklərin müəyyən edilməsi, onların aradan qaldırılması və ya təsirinin minimuma endirilməsi üçün tədbirlərin görülməsi.
Tələblər:
- İş təcrübəsi: Layihələrin idarəolunması üzrə minimum 3 il;
- Təhsil: Ali (iqtisadiyyat və idarəetmə, informasiya texnologiyaları ixtisasları üzrə bakalavr dərəcəsi);
- Dil bilikləri: Azərbaycan dili: səlis; Rus dili:yaxşı, İngilis dili:üstünlükdür;
- Üstünlüklər: PMP, PMI-ACP sertifikatların olması;
- Kompüter bilikləri: MS Project: əla, MS Office: əla;
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, planlaşdırma;
Şəxsi keyfiyyətlər: - Liderlik və idarə etmə bacarıqlarının olması;
- Stressə davamlılıq;
- Kommunikasiya bacarıqlarının mövcudluğu;
- Komanda mühitində məsuliyyətli olmaq.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
Korporativ nömrə və danışıq balansı;
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Layihə meneceri” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
İnsan resursları üzrə mütəxəssis | CASPEL | 2025-01-23 - 2025-02-24 |