Layihələrin idarəedilməsi şöbəsinin aparıcı məsləhətçisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Müddət: 2024-11-20 - 2024-12-03
Baxış sayı: 320 Vakansiya № 1012457
Şəhər:

Bakı


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Layihələrin idarəedilməsi şöbəsinin aparıcı məsləhətçisi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (layihələrin idarəedilməsi, menecment, biznesin idarə edilməsi sahələri üzrə olması üstünlükdür);
  • Layihələrin idarəolunması sahəsində 1-3 il iş təcrübəsi;
  • Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi;
  • PMP, PMO və ya PMI sertifikatlarının olması arzuolunandır;
  • Yaxşı səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Vaxtın idarə olunması bacarığı;
  • İnduktiv və analitik təhlil;
  • Problem həlletmə bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandada işləmə bacarıqları.

Görəcəyiniz işlər:

  • Layihələrin planlanması və icrasına nəzarət;
  • Layihələrin təhlili və hesabatların hazırlanması;
  • Biznes proseslərin təhlili və proses sənədlərinin hazırlanması;
  • Biznes tələblərin toplanması, layihənin maraqlı tərəflərinə kommunikasiya edilməsi;
  • Biznesin və layihə fəaliyyətilə bağlı araşdırmaların aparılması, təqdimatların hazırlanması;
  • Layihələr və biznes proseslər üzrə əsas performans indikatorlarının müəyyən edilməsi və performansın ölçülməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 02.12.2024-cü il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.