Logistika üzrə mütəxəssis
Mətanət A
Müddət: 2024-03-11 - 2024-04-11
Baxış sayı: 674
Vakansiya № 1012013
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;
- Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;
- Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;
- Tədarükçülərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
Tələblər:
- Təhsil: Ali təhsili
- Xarici logistika üzrə 3 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla. Rus və İngilis dilləri - arzuolunandır;
- Kompüter biliyi: Word, Excel,1C 8.2 proqramında işləmək bacarığı olmal;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
İş şəraiti:
- 5 günlük iş şəraiti;
- İş yeri - Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com e-mail ünvanına göndərə bilərsiniz.