Mağaza müdir müavini
İnci Group of Companies Müddət: 2024-07-16 - 2024-08-16
Baxış sayı: 803 Vakansiya № 1012284
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifədə ən azı 1 il təcrübə;
  • Səlis Azərbaycan dili;
  • Kompüter bilikləri (MS Office);
  • Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş qrafiki(09:00-18:00);
  • Nahar və korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini  hr.inci@inci.az   elektron poçtuna mövzu hissəsində “Mağaza müdir müavini” qeyd etməklə  və ya 077-441-56-22 nömrəsinin whatsapına göndərmələri xahiş olunur.