Mal material üzrə mühasib
Avant Group
Müddət: 2024-07-05 - 2024-08-05
Baxış sayı: 803
Vakansiya № 1012256
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələbi təmin etmək
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkətini izləmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması təmin etmək
- Debitor və kreditorlarla üzləşmələrin aparılmasını təmin etmək
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsini təmin etmək
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
- Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1500-1800 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Mühasib” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar