Maliyyə hesabatlığı şöbəsinin kiçik mütəxəssisi/ mütəxəssisi /aparıcı mütəxəssisi
Bank BTB Müddət: 2025-04-18 - 2025-05-18
Baxış sayı: 220 Vakansiya № 1013706
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların toplanmasını, emalını, icmallaşdırılmasını həyata keçirir və bu məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır.
  • Bankın fəaliyyəti ilə bağlı cari, taktiki və strateji qərarların qəbul edilməsinə xidmət edən aylıq, rüblük və illik statistik hesabatların hazırlanmasında iştirak edir.
  • Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılmasını təmin edir və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində təkliflər verir.
  • Statistik hesabatla bağlı bankdaxili prosedurlara müvafiq əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edir.
  • Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərini aparır.
  • Mərkəzi Banka və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb göndərilməsini təmin edir.
  • Ehtiyac yarandıqda bütün struktur bölmələrdən və filiallardan bu şöbəyə təqdim olunan hesabatların təkmilləşdirilməsini tələb edir və bu istiqamətdə dəstək göstərir.
  • Bankda hesabat formalarının təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərlə birlikdə müvafiq təkliflər hazırlayır.
  • Şöbəyə daxil olmuş məktub və sorğulara cavablar hazırlanmasını təmin edir.
  • Departamentin əsasnaməsinə uyğun olaraq ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.

Tələblər:

  • Ali iqtisadi təhsilin və bankda maliyyə sahəsində ən azı 1-3 illik iş stajının olması;
  • Excel və SQL biliyi
  • Peşəkar bilik və təcrübə;
  • Analitik düşüncə;
  • Kollektivdə işləmək bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və bu ideyaları stimullaşdıra bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Maliyyə hesabatlığı şöbəsinin kiçik mütəxəssisi/ mütəxəssisi /aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.