Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində mütəxəssis (Komplayens üzrə)
AzərTürkBank
Müddət: 2025-04-23 - 2025-05-23
Baxış sayı: 647
Vakansiya № 1013741
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın məhsul və xidmətlərinin yerli qanunvericilik və beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi və bu barədə rəy verilməsi (məhsulun formalaşma mərhələsində);
- Təchizatçıların yoxlanılması məqsədilə tələb olunan sənədlərin toplanması və lazımi araşdırmaların aparılması;
- Komplayens və AML ilə bağlı daxili təlimlərin təşkili və işçilərin mütəmadi məlumatlandırılması;
- Biznes bloklarından və digər əlaqəli strukturlardan daxil olan komplayens tələbləri üzrə sorğuların cavablandırılması;
- Bankdaxili strukturların fəaliyyətinin komplayens baxımından mütəmadi monitorinqi;
- Bankın daxili proseslərinin avtomatlaşdırılması zamanı requlativ və bankdaxili tələblərin pozulma ehtimalının qiymətləndirilməsi, uyğunsuzluqların aradan qaldırılması üçün rəy və təkliflərin verilməsi;
- Komplayens mövzusunda əməkdaşlarla effektiv kommunikasiya qurulması və koordinasiyanın təmin edilməsi;
- Bank proseslərinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması və bu barədə hesabatların hazırlanması;
- İş prosesində potensial risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün tədbirlərin görülməsi.
Tələblər:
- İqtisadiyyat, Hüquq , Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili – səlis;
- Xarici dillər: İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Microsoft Office proqramları və İT yönümlü alətlərlə işləmə bacarığı;
- AR qanunvericiliyi və hüquqi aktlar üzrə məlumatlılıq;
- Stresə davamlılıq və komandada işləmə bacarığı.
Müraciət et
Bu kateqoriyada təlim və seminarlar
| Təlim və seminar | Şirkət | Müddət |
|---|---|---|
| Bankın professional komplayens işçisi | İnternational Consulting Company | 2026-01-27 - 2026-02-13 |





