Maliyyə monitorinqi və komplayens departamentinin mütəxəssisi
AzərTürkBank
Müddət: 2024-10-28 - 2024-12-07
Baxış sayı: 464
Vakansiya № 1012430
Şəhər:
Bakı
Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis / baş mütəxəssis
İşin təsviri
- Müştərilərlə aparılan əməliyyatlar zamanı cinayət və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısının almaq və aparılan bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirmək;
- ƏL/TMM üzrə yeni qəbul edilmiş milli qanunvericilik və beynəlxalq standartlar haqqında bankın əməkdaşlarına məlumatlar hazırlamaq;
- Xidməti məlumatların təhlükəsiz saxlanılmasını və yalnız ƏL/TMM üzrə qanunla müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;
- Həyata keçirilmiş əməliyyatlarda ƏL/TMM risklərinin müəyyən edilməsi məqsədilə bankın müvafiq struktur bölmələrinin əməkdaşları ilə əlaqə yaratmaq;
- Bankın struktur bölmələrindən ƏL/TMM ilə bağlı daxil olan sorğuların cavablanırılması
- Müxbir və digər banklardan gələn anketlərin doldurulması və cavablandırılması prosesini həyata keçirmək;
- Şöbənin əsasnaməsində nəzərdə tutulmuş digər funksiyaları həyata keçmək və şöbə rəisinin cari tapşırıqlarını yerinə yetmək.
- Xarici dövlətlərin firma və təşkilatları, embarqo və sanksiyalar tətbiq olunmuş hüquqi və fiziki şəxslər, həmçinin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarına nəzarət edilməsi (WORLD-CHECK və.s məlumat-axtariş informasiya sistemlərinin xidmətlərindən istifadə etməklə)
- Bankın xidmət və məhsullarından qanunla qadağan olunmuş məqsədlərlə istifadəsinə yol verilməməsi üçün müştəri və benefisiarların eyniləşdirilməsinin və verifikasiyasının aparılmasına nəzarət etmək;
- Şell tipli banklarla müxbir əlaqələr yaratmağa və belə banklar tərəfindən bankın hesablarından istifadə etməyə yol verməmək məqsədilə respondent bankların eyniləşdirilmə və verifikasiyasını təmin edir;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə nəzarət etmək.
Tələblər
- Ali təhsil (iqtisadi);
- Bank işi sahəsində 1 illik iş stajı;
- Azərbaycan və İngilis dili- mükəmməl, Rus dili-orta səviyyədə bilmək;
- Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, Business İntelligence, Caspel və s.);
- Azərbaycan Mərkəzi Bankının ÇPY və TQM sahəsinə aid olan təlimat və sair normativ-hüquqi sənədlərə müvafiq işləmək;
- Analitik təhlil etmə qabiliyyəti;
- Şübhə doğuran əməliyyatlara diqqət etmək bacarığı;
- İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli və peşəkar olmaq.
Müraciət üçün link: https://qlor.me/m2slf7kph7
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları