Marketinq mütəxəssisi
Business Insight Müddət: 2024-08-01 - 2024-09-01
Baxış sayı: 508 Vakansiya № 1012301
Şəhər:

Bakı


“Business Insight IRG” şirkətinə “Loyallıq/Sədaqət layihələri üçün Marketinq Mütəxəssisi” vəzifəsinə 3 (üç) aktiv vakansiya var.

Tələblərimiz:

  • Ali təhsil (Marketinq və ya İqtisadi sahə üzrə arzuolunandır);
  • Yaş həddi: 22+;
  • Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi təcrübəsi olanlara üstünlük verilir
  • Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş öhdəlikləri:

  • İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
  • Sadiqlik (loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
  • Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
  • Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
  • Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
  • Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
  • Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
  • Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Maraqlı olan namizədlər öz CV-lərini cv@businessinsight.az  ünvanına “Marketinq mütəxəssisi” başlığı altında göndərə bilərlər.