Marketinq üzrə kiçik mütəxəssis
Norm LLC Müddət: 2025-04-08 - 2025-05-08
Baxış sayı: 174 Vakansiya № 1013617
Şəhər:

Bakı


İşin təsviri:

  • Şirkətin həyata keçirdiyi satışlar, bazardakı təklif və tələbat barədə statistik və analitik məlumatların təmin edilməsi;
  • Şirkətin veb saytında və sosial media hesablarında onlayn məzmun yaradılması və yerləşdirilməsi;
  • Şirkətin strateji məqsədlərinə çatmaq üçün qiymətlərin təhlil edilməsi;
  • Reklam vasitələrinin tətbiqi və istifadəsi ;
  • Pərakəndə satış nöqtələri, sosial media və distributorlardan daxil olan məlumatları toplamaq və analiz etmək;
  • Rəqəmsal marketinq kampaniyaların hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin strategiyasına uyğun olaraq satış kanalları və məntəqələri ilə əməkdaşlıq;
  • Bazar potensialı, müştəri üstünlükləri, demoqrafik alış vərdişləri və ehtiyacları ilə bağlı olan faktorları aydınlaşdırmaq üçün məlumatların toplanması;
  • İstehlakçı və müştəri davranışları, trendləri haqqında məlumat eldə etmək üçün marketinq araşdırmalarının keçirilməsinin təşkili;
  • Əmtəə nişanları, loqotiplər və nəşrlərdə brend-marketinqin əsas prinsiplərinin tətbiq edilməsi ;
  • Müxtəlif marketinq tədbirlərinin effektivliyinin ölçülməsi;
  • Satışın mənfəətliliyi, biznesin müxtəlif istiqamətlərində brendin tanınmasının təmin edilməsi;
  • Gələcək marketinq strategiyalarını formalaşdırmağa kömək etmək üçün (pərakəndə nöqtələrin satış, rəqəmsal medianın, brendinq və geri dönüşüm) nəticələrin əldə edilməsini təmin etmək və analizlərini hazırlamaq;
  • Layihənin vəziyyətinə və büdcəsinə nəzarət etmək;
  • Yeni müştəri əldə etmək imkanlarını müəyyən etmək üçün satış və distribyutor satış marketinq qrupları ilə sıx əməkdaşlıq etmək;
  • Yeni marketinq kanallarını öyrənmək və araşdırmaq, strategiya hazırlamaq üçün Marketinq komandası ilə işləmək;
  • Tərəfdaşlıq münasibətlərinin yaradılması və möhkəmləndirilməsi;
  • Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək.

    Tələblər: 

  • Marketinq, reklam, İƏ və ya riyaziyyat, statistika və ya informatika kimi əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • Əlaqədar sahə üzrə 2 ildən artıq iş təcrübəsi
  • Əla səviyyədə azərbaycan və ingilis dili biliyi
  • MS Office paketi, xüsusilə Excel və PowerPoint ilə yaxından tanışlıq
  • Güclü kommunikasiya bacarığı
  • Məlumatların və təsvirlərin vizuallaşdırılması üzrə kompüter proqramları ilə tanışlıq 
  • Məhsul və tədbirləri təhlil etmək bacarığı
  • Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

    Sizə nə təklif edilir:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi
  • CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.