Məhsul və müştəri idarəetməsi departamentinin pərakəndə kredit məhsulları şöbəsinin aparıcı eksperti
Bank of Baku Müddət: 2025-03-21 - 2025-04-21
Baxış sayı: 196 Vakansiya № 1013503
Şəhər:

Bakı


İşin təsviri
Rəqib və xarici maliyyə qurumlarının və bazar konyukturunun mütəmadi təhlilinin aparılması, bazarın tələblərinin öyrənilməsi və yeni xidmətlərin yaradılması zərurətinin araşdırılması
Yeni məhsulların hazırlanması, həmçinin mövcud məhsul və layihələrə dəyişikliklərin edilməsi istiqamətində təkliflərin hazırlanması
Mövcud olan pərakəndə kredit məhsulları üzrə davamlı olaraq hesabatların hazırlanması
Departamentə yönləndirilmiş təkliflərin dəyərləndirilməsi və analiz edərək daxili müzakirəyə çıxarılması
Kredit müştəri kütləsinin seqmentləşdirilməsi və bu seqmentlər üzrə müştəri aktivliyinin təmin olunması məqsədilə təkliflərin hazırlanması
Yeni məhsulların hazırlanması və ya cari məhsullar üzrə dəyişikliklərin həyata keçirilməsi məqsədilə texniki tapşırıqların yazılması

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə iş təcrübəsi- 1-4 il
  • MS Excel- Yüksək
    Dil biliyi - Azərbaycan - Yüksək
    Kompüter biliyi - MS Excel – Yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

https://careers.bankofbaku.com/az/vacancies/486