Məhsulların idarəolunması üzrə mütəxəssis
Azerconnect LLC Müddət: 2025-04-10 - 2025-05-10
Baxış sayı: 222 Vakansiya № 1013634
Şəhər:

Bakı


İşin təsviri:

  • Mobil və Sabit İnternet bizneslərinin məhsul inkişaf strategiyalarının uyğunlaşdırılması və icrasına dəstək göstərilməsi
  • Məhsul inkişaf proseslərinə yeni texnologiyaların və süni intellekt əsaslı innovativ həllərin tətbiqi 
  • Sabit biznes üçün məhsul və xidmət strategiyalarının inkişaf etdirilməsi və tətbiq edilməsi 
  • Şirkətin kommersiya məqsədlərinə uyğun məhsul və xidmətlərin texniki tələblərinə riayət edilməklə hazırlanmasında iştirak
  • Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması və icrasında iştirak
  • Yeni məhsulların Mobil və Sabit İnternet biznesinə aid texniki və biznes tələbatlarının hazırlanmasına dəstək
  • Şirkətə aid məlumatların və şifrələrin məxfiliyinin qorunması

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, Marketinq və ya Menecement üzrə Ali təhsil
  • Marketinq, Layihələrin Idarəolunması və ya müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Müştəri yönümlü
  • Kreativlik
  • Nəticə yönümlü
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Analitika qabiliyyəti
  • Layihələri idarə etmə bacarığı
  • Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
  • Komanda işi və əməkdaşlıq
  • Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili əlavə üstünlükdür)
  • MS Office proqramlarını bilmək

Maraqlanan namizədlər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/1229/share/300000209444704?utm_medium=jobshare&utm_source=Internal%20Job%20Share link-ə daxil ola bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Bu kateqoriyada digər vakansiyalar