Məlumat Mərkəzi şöbəsi / mütəxəssis
Expressbank
Müddət: 2025-01-10 - 2025-02-24

Baxış sayı: 405
Vakansiya № 1012841
Şəhər:
Bakı
İşin təsviri:
- Telefon zənglərinin cavablandırılması;
- Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstəyin göstərilməsi. Yaranmış sualın cavablandırılmasında köməklik göstərilməsi;
- Sosial şəbəkələr üzrə daxil olan sorğuların cavablandırılması ;
- Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyasının və texnikasının tətbiq olunması;
- Günlük/Həftəlik/Aylıq terminal vasitəsi ilə uğursuz nəticələnmiş bütün növ ödənişlərin yoxlanılmasının və düzəlişlərin olunmasının həyata keçirilməsi;
- Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatların təqdim edilməsi;
- Məlumat bazasına qəbul olunmuş informasiyanın sistemə daxil olunması;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqə saxlanılması (informativ xarakterli zənglər; sorğu/anket);
- Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
- Müştərilərin təklif və şikayətlərinin qeydə alınması və aidiyyəti üzrə yönləndiririlməsi;
- Aylıq hesabatın təqdim olunması.
Tələblər: - Ali təhsil;
- Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliklər;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-melumat-merkezi-sobesi-mutexessis/apply?source=Position
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları