Mikro biznes müştəriləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis
Yelo Bank Müddət: 2025-04-30 - 2025-05-30
Baxış sayı: 136 Vakansiya № 1013793
Şəhər:

Bakı


İşin təsviri:

  • Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
  • Mikro kreditlər üzrə sifarişləri qəbul etmək və bankın daxili prosedur və qaydalarına uyğun sənədləşdirmək.
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi üçün ilkin monitorinq aparmaq.
  • Kredit memorandumunu tərtib etmək və kredit komitəsinə təqdim olunması üçün rəhbərliyə təqdim etmək.
  • Kredit verilməsinə müsbət rəy aldıqda məlumatları sistemə daxil etmək.
  • Kredit müqavilələri və ödəniş cədvəlinə əsasən borcların vaxtında ödənilməsini təmin etmək.
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə işləmək və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.

Tələblər:

  • Ali təhsil.
  • Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi.
  • Təhlil etmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı.
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

    Müraciət et