Mikro kredit və lizinq risklərinin təhlili şöbəsi/Aparıcı mütəxəssis
Kapital Bank Müddət: 2025-01-31 - 2025-03-06
Baxış sayı: 118 Vakansiya № 1013068
Şəhər:

Bakı


İşin təsviri:

  • Müraciətlər əsasında mikro kreditlərin, lizinqlərin və mikro məhsullarin verilməsi , restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirir, ehtiyac olduqda yerində baxış keçirir və onlar barədə rəy verir;
  • Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazirlanması və analitik nəticələrin təqdim edilməsi;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olub-olmamasını yoxlayır;
  • Müvafiq Kredit komissiyalarında müraciətlər üzrə müzakirələrdə iştirak edir;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
     

Tələblər:

  • Ali təhsil;
  • Mikro, KOS kreditlərin və lizinqlərin (arzuolunan) verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;
  • Bank fəaliyyətinin həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazası ilə (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) məlumatlı olmaq;
  • Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq;
  • Analitik düşüncəyə malik olmaq;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;
  • Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək.

    Müraciət üçün link:  https://hr.kapitalbank.az/account/login