Mikro kreditlər üzrə böyük mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları)
Expressbank
Müddət: 2025-01-16 - 2025-02-17

Baxış sayı: 124
Vakansiya № 1012917
Şəhərlər:
Bərdə, Mingəçevir, Xaçmaz
İşin təsviri:
- Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
- Aylıq satış planlarını yerinə yetirir;
- Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
- Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-mikro-kreditler-uzre-boyuk-mutexessis-xacmaz-berde-mingecevir-filiallari/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları