Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları üzrə)
Expressbank
Müddət: 2025-04-10 - 2025-05-10

Baxış sayı: 172
Vakansiya № 1013632
Şəhərlər:
Bakı, Sumqayıt
İşin təsviri:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər:
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-mikro-kreditler-uzre-kicik-kredit-mutexessisi-baki-ve-sumqayit-filiallar-55873/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları