Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Əhmədli, Yasamal, Neftçilər, Qaradağ filialları)
Expressbank
Müddət: 2025-01-24 - 2025-02-20

Baxış sayı: 179
Vakansiya № 1013005
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək və bankın daxili prosedur və qaydalarına uyğun sənədləşdirmək.
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi üçün ilkin monitorinq aparmaq.
- Kredit memorandumunu tərtib etmək və kredit komitəsinə təqdim olunması üçün rəhbərliyə təqdim etmək.
- Kredit verilməsinə müsbət rəy aldıqda məlumatları sistemə daxil etmək.
- Kredit müqavilələri və ödəniş cədvəlinə əsasən borcların vaxtında ödənilməsini təmin etmək.
- Müqavilə şərtlərini pozmuş müştərilərlə işləmək və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.
Tələblər:
- Ali təhsil.
- Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi.
- Təhlil etmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
- Azərbaycan dilində sərbəst danışıq bacarığı.
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-mikro-kreditler-uzre-mutexessisaparici-mutexessis-ehmedli-yasamal-neftciler-qa/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları