Mühasib
Update Consulting
Müddət: 2025-01-23 - 2025-02-24

Baxış sayı: 191
Vakansiya № 1012985
Şəhər:
Bakı
İşin təsviri:
- Online kargüzarlığa daxil olan məktublara nəzarət edilməsi;
- ƏDV-nin əvəzləşdirilməsi əməliyyatları, ƏDV depozit hesabından ödənişlərin edilməsi;
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Online bankingdən ödənişlərin edilməsi (yerli və xarici ödənişlər);
- E-taxes.gov.az və s. portallardan istifadə etmək;
- Kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması;
- Dövlət büdcəsinə sosial ödənişlərin hesablanması və ödənilməsi;
- Alış aktının yazılması, müqavilələrin tərtibi;
- Təhvil-təslim aktlarının hazırlanması;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
- Bank əməliyyatların aparılması;
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
Tələblər:
- Ali təhsil;
- Vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- 1C proqramdan istifadə etmə bacarığı;
- Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər.
İş şərtləri:
- Əmək haqqı: 700-800 azn (Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır)
- İş qrafiki: Həftəiçi 5 gün 09:00 – 18:00 (şənbə və bazar günləri qeyri-iş günüdür)
Tələblərə cavab verən namizədlərdən CV-lərini info@updateconsulting.az e-poçt ünvanına “subject” (mövzu) hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş edilir.
Bu kateqoriyada digər vakansiyalar