Mühasib
Crystal Group of Companies ASC Müddət: 2025-02-03 - 2025-03-03
Baxış sayı: 157 Vakansiya № 1013093
Şəhər:

Bakı


İşin təsviri:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron qaimə faktura, hesab faktura, təhvil-təslim aktı və qiymət razılaşdırılma aktlarının yazılması;
  • 1C proqramında mühasibat uçotunun təşkili və nəzarəti;
  • Aylıq mənfəət zərər hesabatı və balans hesabatının təqdim olunması;
  • Büdcə ilə faktiki göstəricilərin təhlili. Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi.

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi : 3 ildən 5 ilə qədər 
  • İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
  • Mühasibat və maliyyə sahəsində ən azı 5 ildən artıq iş təcrübəsi olmalı;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus dili yaxşı səviyyədə;
  • MS Office - Excel, 1C proqramları bacarığı;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti,
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür.

İş şəraiti:

  • Tam iş günü
  • Əmək haqqı: Müsabiqə zamanı razılaşma ilə
  • Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat
  • CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur 
  • Ünvan: Quba rayonu 

Uyğun namizədlər mustafayeva.n@crystalgroup.az elektorn poçt ünvanına “Mühasib” başlığı  ilə cv  göndərə bilərlər.