Mühasib
Çinici Müddət: 2025-03-06 - 2025-04-09
Baxış sayı: 325 Vakansiya № 1013373
Şəhər:

Bakı


İşin təsviri:

  • Vergi və mühasibat uçotunun aparılması;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Şirkətdə bütün proseslərin vahid ERP sistemi üzərindən aparılmasını təmin etmək;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Nahar şirkət tərəfindən ödənilir
  • 5 günlük iş qrafiki

Tələblər:

  • Ali təhsil (yalnız maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Minimum 5 il iş təcrübəsi
  • Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Peşəkar mühasib sertifkatı
  • Yaş - 30-dan yuxarı

Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi cv@cinici.az e-mail ünvanına göndərə bilərsiniz. Məktubun mövzusunda hansı vəzifə müraciət etdiyinizi qeyd etməyiniz xahiş olunur.