Mühasib
Guven Technology LLC Müddət: 2025-05-10 - 2025-05-25
Baxış sayı: 481 Vakansiya № 1013869
Şəhər:

Bakı


İşin təsviri:

  • Gündəlik maliyyə əməliyyatlarının qeydiyyatını aparmaq;
  • Hesab-fakturaların hazırlanması və yoxlanılması;
  • Bank əməliyyatlarının idarə edilməsi və uyğunlaşdırılması;
  • Vergi hesabatlarının hazırlanması və təqdim olunması (ƏDV, gəlir vergisi və s.);
  • Maliyyə sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi;
  • Mühasibat uçotu sisteminə məlumatların düzgün daxil olunmasını təmin etmək;
  • Maliyyə hesabatlarının aylıq, rüblük və illik hazırlanması;
  • Daxili və xarici audit proseslərində iştirak etmək;
  • Maliyyə əməliyyatlarında qanunvericiliyə riayət olunmasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə və ya İqtisadiyyat sahəsində);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Mühasibat proqramları ilə işləmək bacarığı (1C)
  • Azərbaycan Respublikası vergi qanunvericiliyi və mühasibat standartları üzrə biliklər;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və dəqiqlik;
  • Məsuliyyətli və vaxtında hesabat vermə bacarığı;
  • Komanda ilə işləmək və kommunikasiya bacarığı.

    Müraciət et