Müqavilələr üzrə mütəxəssis
Facility Management Group
Müddət: 2025-04-21 - 2025-05-21

Baxış sayı: 250
Vakansiya № 1013729
Şəhər:
Bakı
İşin təsviri:
- Hazırlanmış müqavilələrin aidiyyəti üzrə Hüquq və kompayns şöbəsi ilə razılaşdırılması;
- Müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin aydın şəkildə əks olunmasına nəzarət edilməsi;
- Müqavilə risklərinin analiz olunması və təkliflərin verilməsi;
- Müqavilələrin müddətinə və şərtlərinə nəzarət edilməsi, yenilənmə prosesinin təşkili;
- Müqavilələrin elektron və ya fiziki bazasının aparılması və arxivləşdirilməsi;
- Qarşı tərəf şirkətlərlə hüquqi yazışmaların aparılması;
- Təsdiq və imza prosedurlarında iştirak;
- Müqavilə tələbləri üçün son tarixlərə nəzarət etmək, qarşı tərəflər arasında müqavilə münasibətlərinin uzadılması zərurəti barədə vaxtında məlumat vermək;
- Müqavilələri imzalayan tərəflərin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ilkin sənədləri mübadilə etmək;
- Müəyyən müddət üçün bağlanmış müqavilələrə əlavə müqavilələr tərtib etməklə sənədləri hazırlamaq və onlara düzəliş etmək;
- Müqavilə üzrə işlərin, gecikmələrin ,müddət bitməsinin və digər bildirişlərin hazırlanması və qarşı tərəfin məlumatlandırılması;
- Rəhbərliyin tapşırığına əsasən müvafiq hesabatların hazırlaması.
Tələblər:
- Hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müqavilə hüququ üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi barədə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində isə texniki səviyyədə yazı və oxu bacarığı;
- Yüksək analitik düşünmə qabiliyyəti;
Nə təklif edilir?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta;
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar