Müştəri təcrübəsinin idarəedilməsi şöbəsi, aparıcı / baş mütəxəssis
Yelo Bank
Müddət: 2025-04-12 - 2025-05-12

Baxış sayı: 158
Vakansiya № 1013649
Şəhər:
Bakı
İşin təsviri:
- Müştəri təcrübəsinin (customer journey) xəritələndirilməsi və təkmilləşdirilməsi ;
- Müştəri məmnuniyyəti və loyallığını ölçmək üçün görüşlərin, sorğuların (NPS, CSAT, CES) keçirilməsi;
- Müştəri rəyləri və məlumatlarının analizinin aparılması;
- Bankın müxtəlif şöbələri ilə əməkdaşlıq edərək müştəri yönümlü həllərin tətbiqi;
- Rəqəmsal kanallar (mobil bankçılıq, internet bankçılıq, chatbot və s.) və xidmət nöqtələri üzrə müştəri təcrübəsinin yaxşılaşdırılması;
- Müştəri təcrübəsinin inkişaf etdirilməsi üçün trendləri izləmək və innovativ həllər təklif etmək;
- Müştəri məmnuniyyətini artırmaq məqsədilə edilmiş yenilik və dəyişikliklərlə bağlı təlimlər keçmək.
Tələblər:
- Müştəri təcrübəsinin idarə edilməsi üzrə minimum 3 illik iş təcrübəsi;
- Müştəri davranışları, səyahət xəritələndirilməsi (customer journey mapping) və optimizasiyası üzrə təcrübə;
- Datanı analiz edərək müştəri təcrübəsini yaxşılaşdırmaq üçün həllər təklif etmək bacarığı;
- Omnichannel müştəri təcrübəsi strategiyalarının hazırlanması və idarə edilməsi;
- UX, Service design və müştəri araşdırmaları sahələrində biliklər üstünlükdür;
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/yelo/yelo-musteri-tecrubesinin-idareedilmesi-sobesi-aparici-bas-mutexessis-6540/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları