Müştəri xidmətləri üzrə təmsilçi
Barattson Müddət: 2024-03-14 - 2024-04-14
Baxış sayı: 824 Vakansiya № 1012022
Şəhər:

Bakı


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson MMC Dillər bölməsinə “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Müraciət və zəng edən müştərilərə  tədris olunan təlimlər  haqqında ətraflı və dəqiq məlumat vermək;
  • Təlimləri təşkil etmək və təlim cədvəlini hazırlamaq;
  • Tələbələrə ödənişləri ilə bağlı məlumat vermək və onların ödənişlərini sistemdə izləmək;
  • Müəllim və tələbələrin davamiyyətinə nəzarət etmək və sistemə daxil etmək;
  • Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
  • Tələbə  müqavilələri hazırlamaq və sistemə daxil etmək;
  • Bölmənin və təşkilatın layihələrində iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel, Power Point yaxşı səviyyədə bilmək;
  • Müştəri xidmətləri sahəsində ən azı 3 ay iş təcrürbəsi.

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyət;
  • Səlis nitq qabiliyyəti;
  • İşə məsuliyyətlə yanaşma;
  • Insanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı.

İş qrafiki: Altı günlük (I-V günlər saat 11:00-19:00, şənbə günü saat 10:00-16:00)

Əmək haqqı: 400 AZN + bonus

İş yeri: Elmlər filialı / Nərimanov filialı

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə təmsilçi”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 25 Aprel 2024-cü il.


Bu kateqoriyada digər vakansiyalar