Müştəri xidmətləri üzrə təmsilçi
Barattson MMC Müddət: 2024-03-28 - 2024-04-26
Baxış sayı: 916 Vakansiya № 1012051
Şəhər:

Bakı


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson MMC Biznes Təlimləri və Maliyyə İxtisaslaşması bölməsinə Müştəri Xidmətləri üzrə Təmsilçi vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ müqavilələrin hazırlanması;
  • Korporativ müştərilərin izlənilməsi (ödəniş e qaimə);
  • Tələbələrin ödənişlərinə nəzarət;
  • Həftəlik /aylıq görülən işlərin hesabatının hazırlanması;
  • Bölmə əməkdaşlarına dəstək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel orta səviyyədə bilmək;
  • Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyətcil, gülərüz;
  • Dinləmək qabiliyyəti;
  • Səlis nitq qabiliyyəti;
  • İnsanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı;
  • Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

İş qrafiki: 6 iş günü (I-V saat 11:30-19:30, saat 11:00-17:00 qısa iş günü)                       

Əmək haqqı: 350-400 AZN+bonus                                                                                                             

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “MXT BM” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi:  25 Aprel 2024-cü il.