Müştəri xidmətləri üzrə təmsilçi
McTab Tədris Mərkəzi Müddət: 2024-07-11 - 2024-08-15
Baxış sayı: 1680 Vakansiya № 1012275
Şəhər:

Bakı


Barattson MMC-nin törəmə şirkəti olan McTab Tədris Mərkəzində Ərəb dili, rus dili, alman dili və uşaqlar üçün ingilis dili  kursları və təlimləri yüksək təcrübəli müəllimlər və təlimçilər tərəfindən keçirilir. Müəllimlərimizin bir qismi də xarici ölkələrdə sertifikatlaşmış təhsil alıb, bu gün McTab Tədris Mərkəzində tədris edirlər.

McTab MMC Müştəri xidmətləri üzrə təmsilçi vəzifəsi üzrə vakansiya elan edir:

İş funksiyaları:

  • CRM dən ötürülən “hot lead”lər üzərində işləyək təlim qrupların açılmasını təmin etmək
  • Müəllimin vaxtlarını və otaqları təyin etdikdən sonra tələbələrə zəng vurmaq və təlimlərın günü, vaxtı, təlim keçəcək müəllim və ödəniş barədə məlumat vermək
  • Təlimə başlamaq istəyən namizədə “Placement” testini təşkil etmək və testi keçmiş tələbələri şirkətin sistemi üzəridən izləmək və daim nəzarətdə saxlamaq və müvafiq qruplar yaratmaq.
  • Bir səviyyəni bitirmiş tələbələrə növbəti səviyyəni təklif etmək
  • Təlimə başlayacaq tələbələrə müqavilə hazırlamaq, təlim başlayanda tələbələrə müqaviləni təqdim edib eyni zamanda müqavilə şərtlərini izah etmək
  • Ödəniş etdikdən sonra tələbələri təlim otağına yönləndirmək
  • Tələbələrin davamiyyətinə nəzarət etmək
  • Müəllimlərin iştirakı ilə Tədris planı, tapşırıqlar və imtahan suallarının hazırlanmasını təmin etmək
  • Tələb olunduqda bölmənin və təşkilatın  layihələrində iştirak etmək
  • Ofisə yaxınalşan namizədlərə müvafiq tədris haqqında ətraflı məlumat vermək
  • Rəhbərlik tərəfindən verilən bölməyə aid digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər

  • Ali təhsil
  • Minimum 1 il iş təcrübəsi (təhsil sektorunda olması üstünlükdür)
  • Problem həll etmə bacarığı
  • Ünsiyyət qurma qabiliyyəti
  • Aktiv, kreativ, yeniliklərə açıq olmalı
  • Dil bilikəri: ingilis və rus dili biliyi üstünlükdür 

İş qrafiki: saat 11:00-19:00-dək, şənbə (qısa iş günü)

Əmək haqqı: 400-450 AZN + bonus.

CV-nizi Müştəri xidmətləri üzrə təmsilçi başlığı ilə 15 avqust 2024-cü il tarixinədək vacancy@barattson.com elektron ünvana göndərməyiniz xahiş olunur.