Müştəri xidmətləri üzrə təmsilçi/Qeydiyyatçı
Barattson Müddət: 2025-06-23 - 2025-07-25
Baxış sayı: 184 Vakansiya № 1014154
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Qeydiyyat mərkəzində əyləşərək bütün müraciət və zəng edənlərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək;
  • Cağrı Mərkəzi tərəfindən ona yönləndirilən müraciətlərlə prosesi davam etdirib tələbəyə çevirmək;
  • Namizədlərin təlimə qoşulması ilə bağlı aidiyyəti üzrə apardığı bütün işlərlə bağlı CRM proqramında müvafiq qeydlər aparmaq, məsul olduğu müraciətləri izləmək;
  • Tələbələri və “Conversation”a yaxınlaşanları dərs otaqlarına yönləndirmək;
  • Səviyyə imtahanını təşkil etmək, nəticələri şirkətin daxili sisteminə əlavə etmək, nəticəni tələbəyə göndərmək, qrup təyin edilməsi üçün müvafiq əməkdaşa yönəltmək;
  • Təlimdaxili imtahanları (midterm, final və s.) təşkil etmək, yoxlamaq, test materiallarını çap etmək, “speaking”ləri təşkil etmək, nəticələri daxili sistemə əlavə etmək, tələbələri nəticələrlə bağlı məlumatlandırmaq.

Tələblər:

  • Ali təhsil;
  • Yaş aralığı: 22-27 yaş;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür;
  • “Microsoft Office” proqramlarında işləmək bacarığı;
  • Müştəri xidmətləri sahəsində ən azı 6 ay iş təcrürbəsi.

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyət;
  • Səlis nitq qabiliyyəti;
  • İşə məsuliyyətlə yanaşma;
  • Insanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı.

İş qrafiki:

  • Növbəli şəkildə
  • Altıgünlük iş qrafiki (I-V günlər saat 09:00-17:00, şənbə günü saat 10:00-16:00) və ya
  • Beşgünlük iş qrafiki (I-V günlər saat 12:00-21:00).
  • Əmək haqqı: 400-450 AZN + bonus;
  • İş yeri: Barattson, Caspian Plaza.

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Qeydiyyatçı/Caspian Plaza” qeyd olunmaqla göndərməkləri xahiş olunur.


Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları