Müştərilərlə iş üzrə kiçik mütəxəssis / Bakı filialları
Kapital Bank
Müddət: 2025-01-30 - 2025-03-06

Baxış sayı: 344
Vakansiya № 1013062
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
- Azərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür;
- Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür;
- Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun; cavablandırmağınız mütləqdir;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.
Müraciət üçün link: https://hr.kapitalbank.az/account/login
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları