Mütəxəssis
Meqa Sığorta ASC Müddət: 2025-06-23 - 2025-07-23
Baxış sayı: 197 Vakansiya № 1014150
Şəhər:

Bakı


İşin təsviri:

  • Sığorta hadisələri üzrə müraciətlərin qəbul edilməsi və qeydə alınması;  
  • Daxil olan sorğulara vaxtında və düzgün cavab verilməsi; 
  • Hadisə sənədlərinin toplanması və proqrama düzgün daxil edilməsi;
  • Dövlət orqanlarına sorğuların və bildiriş məktublarının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hazırlanması;
  • Sığorta hadisələrinin təhlili və müvafiq şöbələrin işçiləri ilə koordinasiyası;
  • Prosedur və qaydalara uyğun əməliyyatların yerinə yetirilməsini təmin etmək;
  • Sığorta ödənişinin həyata keçirilməsi üçün sənədlərin və sığorta ödəniş aktlarının hazırlanması.

Tələblər:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.

İş şərtləri:

  • Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Şirkət hesabına korporativ nömrə;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
  • "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.

Müraciət qaydası:

  • Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə hr@meqasigorta.az elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək. 

Bu şirkətin digər vakansiyaları