Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis
AFB Bank
Müddət: 2025-01-15 - 2025-02-16

Baxış sayı: 175
Vakansiya № 1012895
Şəhər:
Bakı
İşin təsviri:
- NOSTRO və LORO hesabların qalıqlarına nəzarət edir;
- Bank və müştərilərin xarici valyutada olan ödəniş tapşırıqlarının SWIFT, AZIPS, XÖHKS və AÖS sistemlərində yoxlanılmasına məsuldur (verifikator);
- Milli və xarici valyutada olan ödəniş sənədlərini bankdaxili əməliyyat sistemində müəyyən edilmiş limit həddində təsdiqləyir;
- Banklararası əməliyyatlar üzrə xarici valyutada müəyyən edilməmiş hesablarda olan məbləğlərin araşdırılmasına və təyinatı üzrə işlənilməsinə məsuldur;
- Xarici və milli valyuta əməliyyatları ilə əlaqədar müştərilərdən və ya aidiyyatı təşkilatlardan daxil olan sorğuları araşdırır, onlara cavab hazırlayır;
- Avans və konsiqnasiya əməliyyatlarının elektron qeydiyyatının mərkəzləşdirilmiş qaydada aparılmasına məsuldur;
- Sürətli pul köçürmə sistemləri üzrə klirinqi həyata keçirir;
- Müxbir əlaqələr və hesablaşmalar üzrə digər əməkdaşın cari iş yükü çox olduqda, onlara kömək edir;
- Direktorun və menecerin ona həvalə etdiyi digər işləri görür.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
- SWIFT, AZİPS, XÖHKS sistemlərində işləmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları