Nağdsız ödənişlər və hesablaşmalar idarəsinin valyuta əməliyyatlarına nəzarət şöbəsinin mütəxəssisi
Xalq Bank
Müddət: 2025-01-31 - 2025-02-20

Baxış sayı: 137
Vakansiya № 1013067
Şəhər:
Bakı
İşin təsviri:
- Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarına və digər qanunvericilik aktlarına uyğun xarici valyuta ödənişlərinin təsdiqedici sənədlər əsasında yoxlanılması və daxili qaydalara əsasən işin təşkili;
- Konsiqnasiya əməliyyatları üzrə iş;
- Yük Gömrük bəyyannamələri üzrə iş;
- İdxal-ixrac əməliyyatları üzrə aparılan YGB-nin müvafiq qanunvericilik tələblərinə uyğun nəzarət etmək;
- DGK-nin müvafiq elektron portalında zəruri işləri icra etmək;
- Ödəniş tapşırığı əsasında xarici valyutada pul köçürmə əməliyyatlarının icra olunmasına nəzarət etmək
Tələblər:
- Ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Xarici valyuta köçürmələrinin həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktlarını bilmək;
- Ölkənin qanunvericiliyində olan dəyişikliklərə çevik reaksiya verərək onları bankın işində lazımi dəyişikliklər etməklə tətbiq etmək;
- Biznes proseslərinin avtomatlaşdırılması üçün banka dəstək olmaq;
- İşində dəqiq və məsuliyyətli olmaq;
- Tədiyə balans kodlarını bilmək;
- İngilis dili biliyi;
- Rus dili biliyi;
- MS Excel biliyi.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-nagdsiz-odenisler-ve-hesablasmalar-idaresinin-valyuta-emeliyyatlarina-nezaret-sobesini/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları