Namizədlərə dəstək üzrə təmsilçi
Barattson Müddət: 2024-03-15 - 2024-04-21
Baxış sayı: 709 Vakansiya № 1012031
Şəhər:

Bakı


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson MMC “Namizədlərə dəstək üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
  • Müraciət edən şəxslərə  tədris olunan təlimlər  haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
  • Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
  • Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
  • Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.

Əsas tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • Satış üzrə təcrübə arzuolunandır;

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyətcil, gülərüz;
  • Dinləmək qabiliyyəti;
  • Səlis nitq qabiliyyəti;
  • İnsanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı;
  • Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

Qrafik: Həftənin 6 iş günü. Həftə içi saat 10:00-18:00, şənbə qısa iş günü(10:00-16:00)

Əmək haqqı: 400 AZN+ bonus

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Namizədlərə dəstək üzrə təmsilçi” qeyd olunmaqla  göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 25 aprel 2024-cü il.